CƏMİYYƏT
Probiotiklər dərinin cavan qalmasına kömək edəcək
Yaponiya alimləri müəyyən ediblər ki, dərinin cavan və gözəl qalması üçün bahalı krem və maskalara ehtiyac yoxdur. Faydalı bakteriyalarla zəngin adi probiotiklər - maya bakteriyalar, lakto və bifidobakteriyalar daha faydalıdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislər könüllüləri iki qrupa ayırıblar. Birinci qrupun rasionuna tərkibində probiotiklər olan xüsusi süd daxil ediblər. İkinci qrupa isə sadə yoqurtlar veriblər. Probiotikli süd içənlərin dərisinin vəziyyəti yaxşılaşıb. Məlum olub ki, Lactococcus lactis H61 bakteriyasının ştammı dərinin regenerasiyası prosesinə yaxşı təsir göstərir.
Qeyd edək ki, Gündoğar ölkənin alimlərinin bu kəşfi İlya Meçnikovun nəzəriyyəsinin unudulmuş əsaslarıdır. Probiotiklərin faydalı xüsusiyyətlərini və onların dərini cavanlaşdıran gücünü məhz o kəşf edib. Epidermisin regenerasiyasının probiotiklərin təsiri altında sürətlənməsi artıq o vaxtlar məlum idi.