ELM VƏ TƏHSİL


Professor Aqil Əliyevin 90 illik yubileyi qeyd olunub

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Sosial sahələrin iqtisadiyyatı” mövzusunda elmi-praktik seminar keçirilib.

Əvvəlcə professor Aqil Əliyevin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, seminarda ADNSU-nun rektoru Mustafa Babanlı professor Aqil Əliyevin uzun illər Azərbaycan Tibb Universitetində çalışdığını xatırladıb, onun geniş elmi və pedaqoji fəaliyyətindən, əsərlərinin əhəmiyyətindən danışıb.

Universitetin enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, dosent Əli Səlimov professor Aqil Əliyevin həyat və elmi yaradıcılığı, qazandığı nailiyyətlər haqqında ətraflı məlumat verib.

Sonra sənaye iqtisadiyyatı və menecment kafedrasının müdiri Qənimət Səfərovun “Sosial iqtisadiyyat və əmlakın iqtisadi qiymətləndirilməsi” mövzusunda çıxışı dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.