MƏDƏNİYYƏT


Professor Tamara Sinyavskaya ustad dərsləri keçəcək

Bakı, 27 yanvar, AZƏRTAC

Aprelin 1-2-də SSRİ Xalq Artisti, professor Tamara Sinyavskaya Moskvada V.İ.Muradeli adına musiqi məktəbində ustad dərsləri keçəcək.

AZƏRTAC Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun saytına istinadla xəbər verir ki, ustad dərslərində ali musiqi məktəblərinin vokal bölmələrinin tələbələri və musiqili teatrların 22-30 yaş arasında artistləri iştirak edə bilərlər. Onlar bu barədə Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun elektron ünvanına ([email protected]) ərizə ilə müraciət etməli və videoyazı (2-3 əsər) göndərməlidirlər.

Ərizələr aktiv iştirak üçün (yerlər məhduddur) martın 19-dək, passiv iştirak üçün martın 31-dək qəbul edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.