ELM VƏ TƏHSİL


“Prometan ağıllı lövhədən istifadə” adlı təlim kursu təşkil olunacaq

Bakı, 29 iyun, AZƏRTAC

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsildə İnnovativ Texnologiyalar Mərkəzi ilə birlikdə informasiya-kommunikasiya texnologiyalarını təhsildə səmərəli tətbiq etmək istəyən müəllimlər, tələbələr və gələcəkdə müəllim kimi işləmək istəyənlər üçün “Prometan ağıllı lövhədən istifadə” adlı təlim kursu keçirəcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlimdə nəzəri biliklər verilməklə yanaşı, praktik bacarıqların formalaşması istiqamətində iş aparılacaq.

Təlim kursunu uğurla başa vuran müdavimlərə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsildə İnnovativ Texnologiyalar Mərkəzi tərəfindən ixtisasartırma sertifikatı veriləcək.

Təlimlər iyulun 1-dən başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.