ELM VƏ TƏHSİL


Proqram təminatının vizuallaşdırılması problemləri araşdırılır

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda proqram təminatının vizuallaşdırılması problemləri tədqiq olunur.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, proqram təminatı (PT) sistemlərinin hazırlanması və istismarı müxtəlif sahələrin mütəxəssislərinin birgə əməkdaşlığını tələb edir. PT-nin proqramlaşdırılması, anlaşılması və dəyişdirilməsi, o cümlədən müxtəlif sahələrin mütəxəssislərinin yazdığı kod ilə işləyən zaman yaranan çətinliklərin aradan qaldırılması üçün PT-nin vizuallaşdırılması üsullarından istifadə olunur. Bu istiqamətdə “SeeSoft”, “WinDiff”, “XİA”, “3D SoftVis” alətləri təklif edilir. Vizuallaşdırmanın üstünlükləri PT-yə çəkilən xərclərin azaldılması, məhsuldarlığının artırılması, mürəkkəbliyin idarə edilməsi, keyfiyyətinin yüksəldilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.