REGİONLAR


Puşkin adına Dövlət Rus Dili İnstitutunun mütəxəssisləri Gəncədə təlimlərə başlayıblar

Gəncə, 20 iyun, Rauf Hacıyev, AZƏRTAC

“Gəncə - 2017” Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı layihəsi çərçivəsində A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun mütəxəssisləri Gəncədə təlimlərə başlayıblar.

AZƏRTAC xəbər verir ki, seminarlarda şəhərdə fəaliyyət göstərən orta ixtisas və ali təhsil müəssisələrinin 140-a yaxın rus dili müəllimi iştirak edir.

“Rus dilinin tədrisi metodikasının müasir aspektləri” mövzusunda keçirilən təlimlər institutun professor və müəllim heyəti tərəfindən aparılır.

Seminar iştirakçılarına “Rus dilinin maarifləndirici portalı” da təqdim olunub. Təlim iştirakçılarına portaldan istifadə qaydaları, orada olan resurslardan istifadə yolları ətraflı izah edilib. Təlimlərin yekununda Dövlət Rus Dili İnstitutu ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutulub.

A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun professoru Ella Kitanina bildirib ki, seminarlarda rus dilinin tədrisi metodikasının müasir problemləri haqqında danışılır və uşaqlarla işləməyin yolları müzakirə olunur. Həmçinin seminarda məktəblərdə rus dilinin xarici dil kimi tədrisi mövzusunda müzakirələr aparılır.

Gəncə şəhər Metodik Mərkəzin direktoru Söhrab Hacıyev vurğulayıb ki, bu cür seminarlar davamlı olaraq keçiriləcək. Mütəxəssislər həm də Gəncənin tədris müəssisələrində rus dilinin tədrisi vəziyyəti ilə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.