DÜNYA


Putin-Ərdoğan görüşü ABŞ mediasında geniş əks-səda doğurub

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirdiyi görüş ABŞ mediasında geniş əks-səda doğurub.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, The Associated Press Prezident Ərdoğanın Putinlə görüşünün ardından verdiyi açıqlamada iki millətin zəifləmiş münasibətlərinin yenidən bərpa ediləcəyinə, hətta daha da yaxşılaşacağına, ölkələr arasında böyük enerji layihələrinə diqqət çəkib.

New York Times qəzeti Putin və Ərdoğanın keçirdiyi görüşü "Təcrid edilən Ərdoğan və Putin bir araya gəldi" başlığı ilə oxucularına çatdırıb. Görüşdən sonra münasibətlərin yaxşılaşacağı qeyd edilən xəbərdə iki liderin Qərb dünyasına mesaj göndərdiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.