DÜNYA


Pxenyan Vaşinqtonla dialoqa razıdır: amma düzgün şərtlərlə

Bakı, 13 may, AZƏRTAC

Əgər lazımi şərait yaranarsa, Pxenyan Vaşinqtonla danışıqlar aparacaq. Bu barədə Pekində KXDR-in Xarici İşlər Nazirliyinin ABŞ məsələləri üzrə departamentinin başçısı Çxve Son Xi bildirib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Oslodan Çinin paytaxtına gələn Çxvenin sözlərinə görə, “Şimali Koreya ABŞ-la düzgün şərtlər daxilində dialoq aparacaq”. Cənubi Koreyanın diplomatik mənbələrindən verilən informasiyada bildirilir ki, Son Xi Norveçin paytaxtında KXDR-in nümayəndə heyətinin başçısı qismində “New America” mərkəzinin amerikalı ekspertlər qrupu ilə görüşüb.

Yaponiya mənbələrinin məlumatına əsasən, hazırda Koreya yarımadasında yaranmış gərginlik fonunda “Carl Vinson” təyyarədaşıyan atom gəmisinin müşayiət etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupu hələ də Yaponiya dənizi akvatoriyasında üzür. Zərbə qrupuna suüstü gəmilərdən əlavə, lazım gələcəyi təqdirdə Şimali Koreya ərazisindəki hədəflərə zərbə vurmaq imkanına malik qanadlı raketlərin yerləşdirdiyi atom sualtı qayıqları da daxildir.

Koreya yarımadası rayonunda ümumilikdə Sakit Okeanın qərb hissəsinə nəzarət edən ABŞ-ın 7-ci operativ donanmasının sualtı qayıqları ilə birgə 6 atom sualtı qayığının olduğu güman edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.