DÜNYA
Pxenyan yapon liderinin bəyanatını kəskin tənqid edib
Tokio, 30 may, AZƏRTAC
Mayın 30-da Şimali Koreya Yaponiya liderinin “Böyük yeddiliy”in sammitində Pxenyana təzyiqi gücləndirmək barədə çıxışı ilə bağlı bəyanat yayıb.
Şimali Koreyanın dövlət kütləvi-informasiya vasitələrində dərc edilən bəyanatda Pxenyanın özünü müdafiə məqsədilə atdığı addımları Yaponiyanın təxribat və təhlükə adlandırmasını cəfəngiyat hesab etdiyi vurğulanır.
Sənəddə qeyd edilir ki, bu günədək Pxenyan ABŞ-ın Yaponiyadakı hərbi bazalarını hədəfə götürmüşdüsə, bundan sonra onun hərəkətlərində fərqlər müşahidə oluna bilər. Bəyanatda Yaponiyadakı ABŞ hərbi bazaları ilə yanaşı, digər rayonların da hədəfə alınacağına açıq işarə vurulur.
Analitiklərin bildirdiyinə görə, Şimali Koreya bu ölkəyə təzyiq göstərilməsi məqsədilə Yaponiya-ABŞ ittifaqının möhkəmlənməsi fonunda yapon hökumətinə xəbərdarlıq edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]