DÜNYA


Pyotr Poroşenko: Saakaşvili müxalifətin xeyrinə seçim edib

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Mixail Saakaşvili müxalifətin xeyrinə siyasi seçim edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla verir ki, bu fikri Soveniyada səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasını şərh edərkən bildirib.

Ukrayna Prezidenti Lyublyanada mətbuat konfransında bu barədə danışarkən deyib: “Mənim fikrimcə, cənab Saakaşvilinin bəyanatı onun Ukrayna müxalifətinin xeyrinə siyasi seçim etdiyini göstərir. Bu, onun hüququdur. Ümidvaram ki, Ukrayna hökuməti qubernatorun istefasını qəbul edəcək və onun bizim ölkəmizdə siyasi fəaliyyətini davam etdirməsinə icazə verəcək”.

Pyotr Poroşenkonun sözlərinə görə, Saakaşvilinin istefası ilə bağlı səsvermə noyabrın 9-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.