İQTİSADİYYAT
QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN PROBLEMLƏRİNƏ DİQQƏTLƏ YANAŞILIR
Dövlətqaçqınkomdan AZƏRTAC-a bildirmişlər ki, qaçqın və məcburi köçkünlərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə həmin dövr ərzində “Barmek-Azərbaycan EŞ” MMC tərəfindən isə məcburi köçkünlərin məskunlaşdıqları obyektlərdə 6 ədəd güc transformatorları dəyişdirilərək daha böyük gücə malik transformatorlarla əvəz olunmuş, 5 ədəd sıradan çıxmış güc transformatorları isə yeniləri ilə dəyişdirilmişdir. 2 min 500 metrdən çox güc kabelləri, 15 min metrdən çox elektrik naqilləri, bir çox elektrik dayaqları və müxtəlif növ elektrotexniki materiallar quraşdırılaraq istifadəyə verilmişdir.
2003-2004-cü ilin payız və qış mövsümünə hazırlıqla əlaqədar Komitənin tədbirlər planına uyğun olaraq, bu ilin dekabr ayına kimi Bakı, Mingəçevir, Gəncə və Sumqayıt şəhərlərində məcburi köçkünlərin məskunlaşdığı 4 obyektdə əsaslı, 28 obyektdə isə cari təmir işləri aparılmışdır.