Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

QAMBİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB YƏHYA CAMMEYƏ

Hörmətli cənab Prezident,

Qambiya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Qambiya xalqını təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Qambiya arasında yaranan münasibətlərin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qambiya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin