MƏDƏNİYYƏT
“QARA NİŞANƏ” TEZLİKLƏ EKRANLARA ÇIXACAQDIR
Xəbər verdiyimiz kimi, milli kino sənətinin görkəmli nümayəndəsi, Avropa Kino və Televiziya Akademiyasının üzvü, kinorejissor Vaqif Mustafayev Azərbaycan Prezidenti Heydər Əliyevin həyatı və genişmiqyaslı fəaliyyətindən bəhs edən ikiseriyalı “Qara nişanə” bədii filminin çəkilişlərini başa çatdırmışdır.
Vaqif Mustafayev müxbirimizə demişdir ki, filmin son kadrları bir neçə gün bundan əvvəl Naxçıvanda çəkilmişdir. Artıq filmdə səsləndirmə prosesi qurtarmışdır. Son montaj işləri başa çatmaqdadır . Hazırda Moskvada filmin musiqisi yazılır.
Qeyd olunmuşdur ki, keçmiş sovet respublikalarında son onilliklərdə baş vermiş tarixi hadisələri əks etdirən filmdə Azərbaycan Prezidenti Heydər Əliyevin rolunu Polşanın tanınmış aktyoru Tadeuş Xuk, sabiq SSRİ prezidenti Mixail Qorbaçovun rolunu Rusiyanın xalq artisti Vsevolad Şilovski ifa edirlər. Digər rollarda isə bir sıra xarici ölkələrin və Azərbaycanın məşhur kino aktyorları çəkilmişlər.
Filmin təqdimat mərasimi sentyabrın axırlarında keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]