MƏDƏNİYYƏT
QASTROL SƏFƏRİNƏ YOLA DÜŞMÜŞLƏR
Aprelin 14-də Azərbaycan Milli Akademik Dram Teatrının yaradıcı kollektivi respublikamızın Gəncəbasar bölgəsinə qastrol səfərinə yola düşür.
Qastrol müddətində teatrsevərlər sevimli aktyorların ifasında xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” \”Göy türklər”\ tarixi mənzum dramının tamaşasına baxacaqlar. Tamaşada tanınmış aktyorlardan xalq artistləri Əlabbas Qədirov, Rafiq Əzimov, əməkdar artistlər Laləzar Mustafayeva, Nurəddin Mehdixanlı, Telman Əliyev, aktyorlardan Sənubər İskəndərli, Vəfa Zeynalova, Sabir Məmmədov, Əli Nur və başqaları çıxış edəcəklər.
Teatrın sərəncamçı direktoru İftixar Piriyev müxbirimizlə söhbətində demişdir ki, bir həftəlik qastrol zamanı teatr öz tamaşasını Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Xanlar, Samux, Bərdə rayonlarında və Gəncə, Yevlax, Mingəçevir şəhərlərində göstərəcəkdir.