İQTİSADİYYAT
QAZAXISTAN PREZİDENTİ XƏZƏRYANI ÖLKƏLƏRİN NEFT KARTELİNİ YARATMAĞI TƏKLİF ETMİŞDİR
O vurğulamışdır ki, bir əsr bundan əvvəl olduğu kimi, bu sahədə siyasi oyunlar, vicdansız rəqabət hökm sürməkdədir. Dünya ekspertləri təsdiq edirlər ki, ərəb ölkələri və OPEK-in narahatlığı, əsasən, Xəzər yataqlarının miqyası ilə deyil, daha çox region dövlətlərinin kartelin tərkibinə daxil olmaması ilə bağlıdır. Axı, Xəzər nefti OPEK-in gücünü sarsıda, qiymətləri yüksək səviyyədə saxlamaq və neftdən siyasi şantaj aləti kimi istifadə etmək qabiliyyətinə təsir göstərə bilər. Nazarbayev demişdir: “Odur ki, mən Xəzəryanı dövlətlərə öz təşkilatını yaratmağı təklif etmişəm”.
Prezidentin sözlərinə görə, məsələyə real yanaşsaq, görərik ki, Qazaxıstanın planlaşdırdığı hasilat həcminin öhdəsindən xarici sərmayə və kapitalın iştirakı olmadan gəlmək mümkün olmayacaqdır. N.Nazarbayev öz tərəfdaşları arasında, ilk növbədə, Rusiya biznesmenlərinin adlarıını çəkmişdir.