Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NURSULTAN NAZARBAYEVƏ

Hörmətli Nursultan Abişoviç,

Milli bayramınız – Respublika günü münasibətilə Sizi və dost Qazaxıstan xalqını ürəkdən təbrik edirəm.

Bu gün Qazaxıstan dövlətçiliyin möhkəmləndirilməsi, demokratik dəyişikliklərin həyata keçirilməsi və dünya birliyinə inteqrasiya yolu ilə inamla gedir.

Əminəm ki, Azərbaycanla Qazaxıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə, regionda sülh və sabitlik naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Qazaxıstan xalqına firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin