SİYASƏT
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
İSAR-Azərbaycan təşkilatının Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə yardımı ilə Mingəçevirdə keçirdiyi görüşdə qeyri-hökumət təşkilatlarının və təşəbbüs qruplarının ictimai qurumlar yaradılması sahəsində fəaliyyəti ilə bağlı müxtəlif hüquqi məsələlər müzakirə edilmişdir.
Təcrübəli hüquqşünaslar dövlət strukturları ilə qarşılıqlı münasibətlərlə bağlı məsələlər barədə yerli qeyri-hökumət təşkilatlarının və ictimai qurumların nümayəndələrinə məlumat vermişlər. Bundan başqa, görüş iştirakçıları belə təşkilatların fəaliyyətini, onların üzvlərinin hüquq və vəzifələrini tənzimləyən beynəlxalq qanunvericilik aktlarından ətraflı söhbət açmışlar.
Qeyri-hökumət təşkilatlarının beynəlxalq təcrübəyə müvafiq surətdə qeydə alınması proseduruna dair məsələ görüşün iştirakçıları üçün xüsusilə maraqlı olmuşdur.
Görüşdə Azərbaycanın 33 qeyri-hökumət təşkilatının təmsilçiləri iştirak etmişlər.