REGİONLAR


QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib

A+ A

Gəncə, 14 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Oktyabrın 14-də Gəncədə "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində “QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” İctimai Birliyi tərəfindən keçirilən təlimdə 30-dan çox QHT nümayəndəsi və gənc fəallar iştirak edib.

Təlimin layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə bildirib ki, layihənin əsas məqsədi QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişaf etdirilməsidir. Məlumat verilib ki, indiyədək Bakı, Şirvan, Quba və Mingəçevir şəhərlərində 100-ə yaxın QHT üzvləri üçün təlimlər keçirilib.

Layihə çərçivəsində 400 QHT üçün subdomenli saytlar, 150-yə yaxın QHT liderləri üçün isə bloklar yaradılıb. Cari ilin mayında başlayan layihənin noyabrın 5-də yekunlaşacağını qeyd edən təlimçi vurğulayıb ki, şəbəkədə daha çox aktivlik göstərən QHT-lərə və gənc fəallara xüsusi mükafatlar təqdim olunacaq.

Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərinin informasiya bankının yaradılması, bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlimlər zamanı bir neçə təşkilat üçün subdomenli saytlar yaradılıb.

Sonda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.