CƏMİYYƏT


QİÇS əleyhinə mübarizə: fenomenal uğurlar və yeni çətinliklər

A+ A

Bakı, 23 iyul, AZƏRTAC 

QİÇS əleyhinə mübarizə çoxlu vəsait tələb edir, amma əgər bu vəsaiti indi ayırmasaq, sonradan daha çox xərcə düşəcəyik.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinin istinadla xəbər verir ki, bunu BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramının (UNAIDS) icraçı direktorunun müavini Luiz Lores bildirib. O, UNAIDS-ın Cənubi Afrika Respublikasının Durban şəhərində konfransı başa çatandan sonra BMT-nin Radiosuna eksklüziv müsahibə verib.

L.Lores bildirib: “Bu konfrans son 15 ildə əldə etdiyimiz fenomenal uğurlar, o cümlədən müalicə imkanlarının genişlənməsi fonunda keçirilir. Eyni zamanda tədbirdə yeni çətinliklər, xüsusən əhalinin zəif təbəqələri (seks sənayesində çalışanlar, miqrantlar, məhbuslar və ilk növbədə gənc qadınlar) arasında insanın immunçatışmazlığı virusuna (İİV) yoluxma hallarının sayının artması qeyd edilib”.

BMT təmsilçisinin sözlərinə görə, müasir təbabət İİV-ya yoluxmanın qarşısını almağa, bu virusu üzə çıxarmağa və xəstəliyin gedişatını nəzarətdə saxlamağa qadirdir. Lakin epidemiyanın səbəbləri ayrı-seçkilikdən, gender bərabərsizliyindən, əhalinin ayrı-ayrı qruplarının damğalanmasından irəli gəlir. L.Lores beynəlxalq ictimaiyyəti bu hallara qarşı mübarizə aparmağa çağırıb.

İİV/QİÇS üzrə XXI Beynəlxalq konfransda 18 mindən çox nümayəndə, o cümlədən siyasi liderlər, alimlər, fəallar və tibb mütəxəssisləri iştirak ediblər. Bu ənənəvi tədbir ərəfəsində nəşr olunan məruzədə qeyd olunur ki, infeksiyaya yoluxma hallarının azalması meyli dayanıb, bəzi hallarda isə yüksəlməyə başlayıb.

Şərqi Avropa və Mərkəzi Asiyaya aid göstəricilər xüsusilə həyəcan doğurur. Bu regionlarda İİV-ə yeni yoluxma halları il ərzində 57 faiz artır.

Konfrans iştirakçıları İİV/QİÇS epidemiyasını 2030-cu ilə qədər aradan qaldırmağın yollarını müzakirə ediblər. Bu məsələ yaxın 15 il müddətinə yeni qlobal gündəliyə daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.