Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“QIRMIZI XAÇ VƏ QIRMIZI AYPARA EMBLEMLƏRİNDƏN İSTİFADƏ VƏ ONLARIN MÜDAFİƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİNƏ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 4, maddə 251; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 1, maddə 24; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 7, maddə 455; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N 1, maddə 9) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 116.0.3-cü maddədə “Qızıl Xaç və ya Qızıl Aypara” sözləri “Qırmızı Xaç və Qırmızı Aypara” sözləri ilə əvəz edilsin, “nəqliyyat vasitələrinə” sözlərindən sonra “tibbi əmlaka” sözləri əlavə edilsin.

2. 119.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:

“Hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qırmızı Xaç və Qırmızı Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar siqnallardan istifadə etmək hüququ olmayan şəxslər tərəfindən istifadə etmə”.

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, maddə 584; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 1, maddə 24; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 7, maddə 455; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 11, maddələr 680, 698; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N 1, maddə 9) aşağıdakı dəyişiklik edilsin:

342-ci maddənin adı və dispozisiyası aşağıdakı redaksiyada verilsin:

“Maddə 342. Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən,

onların adlarından və fərqləndirici siqnallarından

qanunsuz istifadə edilməsi

Hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən və onların adlarından istifadə edilməsi, dinc dövrdə Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən müdafiə nişanı və ya fərqləndirici nişan qismində, fərqləndirici siqnallardan, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qırmızı Xaç və Qırmızı Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar nişanlardan istifadə edilməsi”.

III. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 aprel 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin