Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Q.M.HƏSƏNQULİYEVİN AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ ÜZVÜ VƏZİFƏSİNDƏN AZAD EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq qərara alıram:

Qüdrət Müzəffər oğlu Həsənquliyev Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd olduğuna görə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü vəzifəsindən azad edilsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin