MƏDƏNİYYƏT
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
Bakı, 9 avqust, AZƏRTAC
Hər il beynəlxalq musiqi festivallarında ənənəvi olaraq çıxış edən Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri bu il də ölkəmizi layiqincə təmsil ediblər.
AZƏRTAC xəbər verir ki, Brüsseldə keçirilən 18-ci “Musica Mundi” beynəlxalq kamera musiqi festivalına dəvət alan məktəblilərin ifası seçim turunda minlərlə göndərilən səsyazmaların içindən seçilib.
Festivalda çıxış edən violonçel ifaçısı Orxan Hüseynov, skripkaçı Zərrin Əliyeva, fortepiano ifaçısı Nərgiz Əliyeva və alt ixtisası üzrə Elnarə Tağızadə seçim turundan keçərək, konsertlərdə yüksək səviyyədə çıxış edib və yekun qala konsertdə iştirak üçün vəsiqə qazanıblar. Ölkəmizi təmsil edən hər dörd şagirdimiz münsiflər heyətinin, o cümlədən dinləyicilərin böyük rəğbətini qazanaraq vətənə fəxri fərmanlarla qayıdıblar.
Qeyd edək k, sözügedən festivalda 30 ölkədən 68 ifaçı iştirak edib.