Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

QULLUQ ÜÇÜN ZƏRURI OLAN HALLARDA AYLIQ IŞ VAXTI NORMASI 5 SAATDAN ÇOX ARTIRILANDA IŞLƏDIYI HƏR SAATA GÖRƏ DÖVLƏT QULLUQÇUSUNA ÖDƏNILƏN ƏLAVƏ HAQQIN MƏBLƏĞLƏRININ MÜƏYYƏNLƏŞDIRILMƏSI QAYDALARININ TƏSDIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna ödənilən əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Bu fərmanın 1-ci bəndinin tətbiqi ilə əlaqədar tələb olunan vəsaitlər dövlət orqanlarının əmək haqqı fondu həddində həyata keçirilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev,

Azərbaycan Respublikasının prezidenti

23 oktyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin