CƏMİYYƏT


Qabaqcıl təhsil işçiləri mükafatlandırılıblar

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Qabaqcıl təhsil işçisi” döş nişanına və Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüş bir qrup təhsil işçisinə mükafatların təqdim olunması mərasimi keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 14 müəllimə “Qabaqcıl təhsil işçisi” döş nişanı, 17 müəllimə Təhsil Nazirliyinin fəxri fərmanı təqdim edilib.

Tədbirdə BŞTİ-nin müdirinin müavini Rəşad Tağıyev müəllimləri təbrik edib, onlara təhsil sahəsində səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.