RƏSMİ SƏNƏDLƏR


Qabon Respublikasının Prezidenti Zati-aliləri cənab Ali Bonqo Ondimbaya

A+ A

Hörmətli cənab Prezident,

Qabon Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qabon arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qabon xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 15 avqust 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır