SİYASƏT


Qabriel Qrosu: Bakıda belə bir mötəbər tədbirin keçirilməsi təqdirəlayiqdir

Bakı, 16 noyabr, AZƏRTAC

Dünyanın bir çox ölkələrində olmuşam, çox tədbirlərdə iştirak etmişəm. Gördüklərimə əsaslanaraq əminliklə deyə bilərəm ki, Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi yüksək təşkilatçılıq səviyyəsi ilə fərqlənir. İndiki vaxtda belə bir mötəbər tədbirin keçirilməsi təqdirəlayiq haldır.

Bu sözləri V Konqresin iştirakçısı, Slovakiyanın “TASR” Xəbər Agentliyinin yeni media texnologiyaları üzrə eksperti Qabriel Qrosu AZƏRTAC-a müsahibəsində bildirib.

Prezident İlham Əliyevin nitqini böyük maraqla dinlədiyini qeyd edən Q.Qrosu deyib: “Dünyanın çox liderlərinin çıxışlarını dinləmişəm. Tam əminliklə deyə bilərəm ki, heç bir ölkədə cəmiyyətə bu qədər açıq və səmimi dövlət başçısı görməmişəm”.

Azərbaycanda ilk dəfə olduğunu bildirən Q.Qrosu Bakının gözəlliyinə, insanların mehribanlığına və qonaqpərvərliyinə heyranlığını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.