DÜNYA


Qadani şəhərindəki neft tankerində baş vermiş partlayışlarda ölənlərin sayı artıb

A+ A

İslamabad, 3 noyabr, AZƏRTAC

Pakistanın Qadani şəhərində gəmi zavodundakı neft tankerində baş vermiş partlayışlarda həlak olanların sayı 20 nəfərə çatıb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. Partlayışlar zamanı hadisə yerində olan gəminin sahibi Abdul Qafur itkin düşmüş hesab edilir.

Bir-birinin ardınca baş verən səkkiz partlayış gəminin 70 faizini dağıdıb. Hadisənin təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verdiyi bildirilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.