İDMAN


Qadın boksçularımız qızıl medal uğrunda rinqə çıxacaqlar

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC 

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının final yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova finalda bolqarıstanlı Stanimira Petrova ilə qarşılaşacaq. Yelena Vstropova (69 kq) isə qızıl medal uğrunda Türkiyə idmançısı Sema Çalışkan ilə üz-üzə gələcək.

Səksən bir kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Cavadova və ən ağır çəkidə (+81 kq) mübarizə aparan Aynur Rzayeva Avropa çempionatını bürünc medalla başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.