İDMAN
Qadın cüdoçumuz Xanım Hüseynova İslamiadanın gümüş medalına sahib olub
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışında Azərbaycan idmançısı Xanım Hüseynova ölkəmizə növbəti medalı qazandırıb.
AZƏRTAC xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən X.Hüseynova həlledici qarşılaşmada Türkiyə idmançısı Busra Katıpoğluna məğlub olaraq gümüş medalla kifayətlənməli olub.
İdmançımız finala gedən yolda Türkmənistan və Tunis idmançılarını mübarizədən kənarlaşdırıb.
Dörd il əvvəl Azərbaycan çempionatında qalib gələn X.Hüseynova 2015-ci ildə birinci Avropa Oyunlarında mübarizəni səkkizdəbir finalda dayandırmışdı. Bu medal onun karyerasında qazandığı ən böyük uğurdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]