ELM VƏ TEXNOLOGİYA


“Qadın geyim bəzəkləri” sərgisində 200-dən çox eksponat nümayiş olunacaq

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” adlı sərgi noyabrın 10-dan 2017-ci il fevralın 14-dək keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, sərgiyə bu müəssisənin etnoqrafiya, arxeologiya və xüsusi fondlarının materialları cəlb edilib. Arxeologiya fondundan 41, etnoqrafiya fondundan 142, xüsusi fonddan 60-dan çox müxtəlif növ materiallar təqdim olunacaq. Burada - baş bəzəkləri, düymə, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, tikmələr, toxuma bəzəkləri, şairə Xurşudbanu Natəvanın şəxsi əşyaları nümayiş etdiriləcək. Tamaşaçılar 200-dən çox eksponatla tanışlıq imkanı qazanacaqlar.

Muzeydə belə sərgi ilk dəfə təşkil edilir. Sərginin açılış günü bədii hissə və etnoqrafik materiallar əsasında slayd təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.