İDMAN


Qadın güləşçilərimiz Bakıda keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar

A+ A

Bakı, 25 noyabr, S.Allahverdiyeva, AZƏRTAC

Noyabrın 25-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində ikinci gününün qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, əllidən çox ölkədən 700-dək pəhləvanın mübarizə apardığı yarışın ikinci günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Azərbaycan güləşçiləri yarışı bir gümüş və iki bürünc medalla başa vurublar. Güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla irəliləyib. Ancaq güləşçimiz final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıblar. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) bürünc medal uğrunda görüşləri uduzaraq beşinci yerdə qərarlaşıblar.

Turnirin birinci günündə Azərbaycanın sərbəst güləşçiləri 3 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar.

AZƏRTAC güləş üzrə “Qızıl Qran-pri” turnirinin rəsmi media tərəfdaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.