İDMAN
Qadın güləşçilərimiz Braziliyaya yollanıb
Bakı, 9 avqust, AZƏRTAC
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları avqustun 14-dən 21-dək keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımızın üzvləri artıq Braziliyadadır. Güləşçilərimiz Rio-de-Janeyroda Kuba yığma komandaları ilə birgə təlim-məşq toplanışında iştirak edirlər.
Avqustun 9-da isə Olimpiadada iştirak edəcək qadın güləşçilərimiz Rio-de-Janeyroya yola düşüblər. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Mariya Stadnik (48 kq), Nataliya Sinişin (53 kq) və Yuliya Ratkeviç (58 kq) Olimpiadada mübarizə aparacaqlar. Qadın güləşçilərin mübarizəsi avqustun 17-18-də baş tutacaq.
Xatırladaq ki, Mariya Stadnik Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanıb. Yuliya Ratkeviç isə London Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:26]
Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]