İDMAN


Qadın güləşçilərimiz Ukraynada 1 qızıl və 3 bürünc medal qazanıblar

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Ötən həftə Ukraynanın Xmelniski şəhərində Əməkdar məşqçi Vladimir Stadnikin xatirəsinə həsr olunmuş qadın güləşi üzrə ikinci açıq respublika turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə Ukrayna güləşçiləri ilə yanaşı, Azərbaycan, Belarus, Litva və Moldova təmsilçiləri də iştirak ediblər.

Güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanıblar. Qızıl medalı yığmamıza 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Tatyana Omelçenko qazandırıb. Həlledici görüşdə təmsilçimiz yerli idmançı Olqa Şebetyukdan üstün olub.

Bürünc medalları isə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və İrina Netreba (60 kq) əldə ediblər.

Xatırladaq ki, Ukraynanın Əməkdar məşqçisi Vladimir Stadnik qadın yığmamızın kapitanı, Olimpiya Oyunlarının ikiqat gümüş və bürünc medalçısı, dünya və 5 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi Mariya Stadnikin həyat yoldaşı Pekin Olimpiadasının gümüş medalçısı Andrey Stadnikin atası və şəxsi məşqçisi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.