İDMAN


Qadın güləşçilərimiz bu dəfə Zaroslyakda hazırlıq keçir

A+ A

Bakı, 5 iyul, AZƏRTAC 

Qadın güləşi üzrə Azərbaycan yığma komandasının üzvləri Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə növbəti təlim-məşq toplanışı üçün Ukraynaya yollanıblar.

AZƏRTAC xəbər verir ki, iyulun 5-dən 20-dək Zaroslyak şəhərində Ukraynanın qadın güləşçiləri ilə birgə hazırlıq keçəcək yığmamızın heyətində 6 güləşçi yer alıb. Toplanışa baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç, Alyona Kolesnik (hamısı - 58 kq) və Tatyana Omelçenko (60 kq) qatılıb.

Məlumat üçün bildirək ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar avqustun 14-dən 21-dək keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.