İDMAN


Qadın həndbolçularımız İslamiadada fəxri kürsünün ən yüksək pilləsində yer alıblar

Bakı, 14 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC

Mayın 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, qadın həndbolçuların yarışında Azərbaycan yığması çempion olub. Finalda Türkiyə kollektivi ilə qarşılaşan komandamız maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyundan 28:26 hesablı qələbə ilə ayrılaraq qızıl medalları aktivinə yazdırıb.

Qadın həndbolçular arasında bürünc medalın sahibi Özbəkistana 35:27 hesabı ilə qalib gələn Kamerun yığması olub.

Kişilərin yarışında isə birinciliyi Səudiyyə Ərəbistanı qazanıb. Səudiyyə Ərəbistanı komandası finalda Türkiyəyə 26:21 hesabı ilə qalib gəlib. İraq millisi Əlcəzairi 27:22 hesabı ilə məğlub edərək yarışı üçüncü pillədə başa vurub.

Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib.

Medalları idmançılara Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov və Beynəlxalq Həndbol Federasiyasının vitse-prezidenti Migel Roka Mas təqdim ediblər.

Xatırladaq ki, Azərbaycanın kişi həndbolçuları IV İslam Həmrəyliyi Oyunlarında beşinci pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.