İDMAN
Qadın sablyaçılarımız beşinci, kişi şpaqaçılarımız altıncı yeri tutublar VİDEO [YENİLƏNİB]
Kişilər arasında rapira ilə komanda yarışının finalında İtaliya yığması Böyük Britaniya komandası ilə qarşılaşıb. Böyük Britaniya İtaliya yığmasını 45:41 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. İtaliya yığması birinci, Rusiya millisi isə üçüncü yeri tutub.
21:00
Qadınlar arasında sablya ilə komanda yarışının finalında İtaliya yığması Ukrayna komandası ilə qarşılaşıb. Ukrayna komandası Italiya yığmasını 45:43 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. İtaliya yığması gümüş, Rusiya yığması isə bürünc medala sahib olub.
20:48
Kişilər arasında şpaqa ilə komanda yarışının finalında Fransa yığması Rusiya komandası ilə üz-üzə gəlib. Fransa komandası Rusiyanı 45:32 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Rusiya yığması gümüş, İtaliya yığması isə bürünc medallara sahib olub.
12:27
Kişilərin şpaqa ilə komanda yarışlarında Rusiya qılıncoynadanlarına 26:45 hesabı ilə məğlub olan Azərbaycan millisi mükafatlar uğrunda mübarizəni dayandırıb.
Qadın idmançılarımız da sablya yarışında Ukrayna komandasına ciddi müqavimət göstərə bilməyib və 24:45 hesabı ilə uduzublar.
Daha sonra kişi şpaqaçılarımız Macarıstan komandasına 37:45 hesabı ilə uduzaraq altıncı yerlə kifayətlənməli olublar. Qadın sablyaçılarımız isə Polşa yığması üzərində 45:41 hesabı ilə qələbə qazanaraq yarışı beşinci yerdə başa vurublar.
11:43
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 27-də birinci Avropa Oyunlarında qılıncoynatma yarışlarının sonuncu günüdür.
AZƏRTAC xəbər verir ki, bu gün kişilər şpaqa və rapira, qadınlar sablya növü üzrə komanda yarışlarında qüvvələrini sınayacaqlar.
Azərbaycanı kişi şpaqaçılar və qadın sablyaçılardan ibarət komandalar təmsil edəcək. Hər iki komanda mübarizəyə dörddəbir finaldan başlayacaq. Qadın komandamız Ukrayna, kişilərdən ibarət komandamız Rusiya idmançıları ilə qarşılaşacaq.