İDMAN
Qadın taekvondoçumuz bürünc medal uğrunda İtaliya-Ukrayna cütünün qalibi ilə görüşəcək [YENİLƏNİB] VİDEO
Qadın taekvondoçumuz birinci Avropa Oyunlarının bürünc medalını qazanıb. Patimat Abakarova (49 kq) birinci Avropa Oyunlarının bürünc medalı uğrunda mübarizədə dünya çempionatının üçüncüsü, italiyalı Erika Nikolini 13:0 böyük hesabla ilə məğlub edərək bürünc medala sahib oldu.
22:04
Yeniyetmələr arasında dünya çempionu, Azərbaycan taekvondoçusu Məhəmməd Məmmədovun (58 kq) bürünc medal uğrunda belçikalı Mohamed Si Ketbin ilə döyüşünün üçüncü raundunda xallar (4:4) bərabər olduğu üçün dördüncü raunda ehtiyac yaranıb. İlk xalı (qızıl xal) yığan belçikalı idmançı görüşdə qalib elan olunub. Beləliklə, təmsilçimiz birinci Avropa Oyunlarında mübarizəni dayandırıb.
21:38
Patimat Abakarovanın (49 kq) birinci Avropa Oyunlarının bürünc medalı uğrunda mübarizədəki rəqibi dünya çempionatının üçüncüsü, italiyalı Erika Nikoli olacaq.
21:28
Avropa çempionumuz Məhəmməd Məmmədov ilk təsəlliverici görüşdə belaruslu rəqibi İlya Kokşintsevlə üz-üzə gəlib və qarşılaşmadan 15:3 hesabı ilə qalib ayrılıb. Onun bürünc medal uğrunda son rəqibi belçikalı Mohamed Si Ketbi olacaq.
20:25
Patimat Abakarovanın (49 kq) birinci Avropa Oyunlarının bürünc medalı uğrunda mübarizədəki rəqibi Erika Nikoli (İtaliya)-İrina Romaldonova (Ukrayna) qarşılaşmasının qalibi olacaq.
18:17
Yarımfinal mərhələsinə adlaya bilməyən gənclər arasında Avropa çempionumuz Azərbaycan taekvondoçusu Məhəmməd Məmmədovun (58 kq) təsəlliverici görüşdə rəqibi məlum olub. O, bu görüşdə belaruslu idmançı İlya Kokşintsevlə üz-üzə gələcək.
18:10
Yarımfinal mərhələsində Azərbaycan taekvondoçusu Patimat Abakarovanın (49 kq) serbiyalı idmançı, gənclər arasında dünya çempionu Tijana Boqdanovic ilə döyüşünün üçüncü raundunda xallar (6:6) bərabər olduğu üçün dördüncü raunda ehtiyac yaranıb. İlk xalı (qızıl xal) yığan serbiyalı idmançı görüşdə qalib elan olunub. Beləliklə, təmsilçimiz birinci Avropa Oyunlarının bürünc medalı uğrunda mübarizə aparmalı olacaq.
16:34
AZƏRTAC xəbər verir ki, qadınların yarışında Azərbaycan taekvondoçusu Patimat Abakarovanın (49 kq) yarımfinal mərhələsindəki rəqibi serbiyalı Tijana Bogdanovic olacaq.
16:01
AZƏRTAC xəbər verir ki, qadınların yarışında üçüncü İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, Azərbaycan komandasının üzvü taekvondoçu Patimat Abakarova (49 kq) Avropa çempionu, Yunanıstan idmançısı Loanna Koutsouya 4:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə yüksəldi.
15:58
AZƏRTAC xəbər verir ki, dörddəbir finalda Gənclər üzrə Nankin Olimpiya Oyunlarının üçüncüsü ispaniyalı Tortosa Cabrera Jesus ilə qarşılaşan yeniyetmələr arasında dünya və Avropa çempionatlarının mükafatçısı, Azərbaycan taekvondoçusu Məhəmməd Məmmədov (58 kq) rəqibinə 3:8 hesabı ilə uduzaraq yarımfinal mərhələsinə adlaya bilmədi. Təmsilçimiz təsəlliverici görüşə çıxacaq.
12:30
AZƏRTAC xəbər verir ki, ilk görüşdə kişilərin yarışında israilli Gili Haimovitzlə qarşılaşan taekvondoçumuz Məhəmməd Məmmədov (58 kq) rəqibinə 7:4 hesabı ilə qalib gələrək növbəti dörddəbir final mərhələsinə adlayıb.
12:15
AZƏRTAC xəbər verir ki, taekvondoçumuz Məhəmməd Məmmədov (58 kq) dörddəbir finalda ispaniyalı Tortosa Cabrera Jesus ilə qarşılaşacaq.
Qadınların yarışında isə Azərbaycan təmsilçisi Patimat Abakarova (49 kq) Yunanıstan idmançısı Loanna Koutsou ilə döyüşəcək.
11:00
AZƏRTAC xəbər verir ki, ilk görüşdə kişilərin yarışında israilli Gili Haimovitzlə qarşılaşan komandamızın üzvlərindən taekvondoçu Məhəmməd Məmmədov (58 kq) rəqibinə 7:4 hesabı ilə qalib gələrək növbəti dörddəbir final mərhələsinə adlayıb.
10:40
AZƏRTAC xəbər verir ki, qadınların yarışında ilk görüşdə rusiyalı idmançı Aleksandra Liçaqina ilə qarşılaşan komandamızın üzvlərindən taekvondoçu Patimat Abakarova (49 kq) rəqibini 7:1 hesabı ilə məğlub edərək növbəti -dörddəbir final mərhələsinə yüksəldi.
09:59
Hazırda kişilərin yarışında 58 kq çəkidə ilk görüşdə almaniyalı Tuncat Levent islandiyalı Rafiei Meisamla, rusiyalı Arman İrgaliev yunanıstanlı Simitsis Georgiosla, ispaniyalı Tortosa Cabrera Jesus belaruslu İlya Kokşintsev, portuqaliyalı Rui Braganca isə türkiyəli Gorkem Sezer, moldovalı Dmitri Stepanov serbiyalı Milas Qladoviçlə dayanqlar üzərində görüşür.
Qadınların yarışında isə 49 kq çəkidə Lucija Zaninovic (Xorvatiya) Terezia Pavkova (Slovakiya), İndra Kraen (Belçika) Tijana Bogdanovic (Serbiya), Kyriaki Kouttouki (Kipr) Loanna Koutsou (Yunanıstan), Brigida Yague (İspaniya) Erika Nikoli (İtaliya), türkiyəli Rukiye Yıldırm macarıstanlı Ivett Qonda ilə döyüşür.
09:30
Birinci Avropa Oyunlarının beşinci günündə - iyunun 16-da “Baku Crystal Hall”da kişilər və qadınlar arasında taekvondo yarışlarına start verilib.
Ümumiyyətlə, yarışlarda hər ölkə dörd qadın və dörd kişi idmançı ilə təmsil olunur. Oyunlarda ölkəmizi taekvondo idman növü üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının 8 üzvü təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, iyunun 16-da dayanq üzərində qadınlar arasında 49 və kişilər arasında 58 kiloqram çəki dərəcələrində taekvondoçular güclərini sınayacaqlar.
Yarışda mübarizə aparacaq taekvondoçularımızın ilk rəqibləri müəyyənləşib. Komandamızın üzvlərindən kişi taekvondoçulardan Məhəmməd Məmmədov (58 kq) israilli Gili Haimovitz, qadınlarda isə Patimat Abakarova (49 kq) rusiyalı idmançı Aleksandra Liçaqina ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa ölkələrindən 128 idmançının mübarizə aparacağı taekvondo yarışlarında ümumilikdə dörd gün ərzində səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşəcək.