İDMAN


Qadın üzgüçülərimiz bürünc medal qazanıblar

Bakı, 17 may, G.Mahmudlu, AZƏRTAC

Qadınlar arasında 4x100 metr qarışıq üsulla üzgüçülük yarışında Azərbaycan atletləri bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, idmançılarımız finişə 4:34.42 saniyəyə çatıblar. Komandamızın heyətində Yuliya Stisyuk, Alsu Bayramova, İlahə Raciyeva və Fatimə Alkərəmova mübarizə aparıblar.

Türkiyə təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar - 4:12.78 saniyə. İkinci yeri 4:17.52 saniyə nəticə göstərən İndoneziya atletləri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.