İDMAN


Qadın voleybolçular arasında Avropa çempionatı üçün jurnalistlərin akkreditasiyası başlayıb

Bakı, 1 avqust, AZƏRTAC

Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda keçiriləcək qadın voleybol komandaları arasında Avropa çempionatı üçün media nümayəndələrinin akkreditasiyası avqustun 1–dən start götürüb.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, akkreditasiyadan keçmək istəyən media nümayəndələri http://eurovolleywomen2017.com/en/media linkinə daxil olaraq anketi doldura bilərlər. Akkreditasiya üçün son tarix avqustun 31-dir. Bu tarixdən sonra göndəriləcək anketlərə baxılmayacaq.

Tbilisidə keçiriləcək matçlarda iştirak edəcək jurnalistlər Tbilisi Yeni İdman Sarayından, Göygöldə olacaq jurnalistlər Göygöl Olimpiya İdman Kompleksindən, Bakıda olacaq media nümayəndələri isə Milli Gimnastika Arenasından kartlarını əldə edə biləcəklər. Qeydiyyatdan keçən şəxslərə akkreditasiya kartları sentyabrın 15-dən etibarən yuxarıda göstərilən ünvanlarda verilməyə başlanacaq.

Xatırladaq ki, Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi və on altı ölkənin mübarizə aparacağı qadın voleybol komandaları arasında Avropa çempionatının oyunları Bakıda, Göygöldə və Tbilisidə keçiriləcək. Qarşılaşmalar Bakıda Milli Gimnastika Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.