İDMAN


Qadın voleybolçular arasında Avropa çempionatının başlanmasına 100 gün qalır

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadın voleybol komandaları arasında Avropa çempionatının başlanmasına 100 gün qalır.

AZƏRTAC xəbər verir ki, Avropa çempionatı sentyabrın 22-dən oktyabrın 1-dək keçiriləcək. Gürcüstanda cəmi bir qrupun görüşləri və dörddəbir final oyunları olacaq. Digər üç qrupun görüşlərindən biri Göygöldə, ikisi isə Bakıda keçiriləcək. Yarımfinal və final görüşləri də Bakıda baş tutacaq.

Azərbaycan millisi “A” qrupunda Almaniya, Polşa və Macarıstan yığma komandaları ilə birgə mübarizə aparacaq. “B” qrupunda Gürcüstan, İtaliya, Xorvatiya və Belarus yığmaları yarışacaq. Rusiya, Türkiyə, Bolqarıstan və Ukrayna milliləri “C”, Serbiya, Niderland, Belçika və Çexiya yığmaları isə “D” qrupunda güclərini sınayacaqlar.

Çempionata ev sahibliyi edən Azərbaycan və Gürcüstan, həmçinin “Avro-2015”in mükafatçıları Rusiya, Hollandiya, Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya mötəbər yarışa birbaşa final mərhələsindən başlayacaqlar. İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus çempionata ikinci seçmə mərhələdən, Çexiya, Ukrayna və Macarıstan isə pley-offdan qoşulacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.