İDMAN
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında beşinci turun oyunları keçiriləcək
Bakı, 6 dekabr, AZƏRTAC
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında V turun qarşılaşmaları oynanılacaq.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi oyunu “Telekom” və “Azərreyl” komandaları arasında olacaq. Turnir cədvəlinə liderlik baxımından önəmli olan qarşılaşma “Gənclik” Olimpiya İdman Kompleksində keçiriləcək.
Günün digər görüşündə isə “Azəryol” klubu “Lokomotiv”i qəbul edəcək. Görüş Voleybol Mərkəzində təşkil olunacaq.
Hər iki oyuna saat 17:00-da start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]