İDMAN


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb

Bakı, 24 may, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə hazırlığı Bolqarıstanda davam etdirir.

AZƏRTAC xəbər verir ki, hazırlıq prosesi çərçivəsində millimiz Bolqarıstan yığması ilə yoxlama oyunu keçirib.

Baş məşqçi Faiq Qarayevin yetirmələri yoxlama oyunundan 0:3 hesablı məğlubiyyətlə ayrılıblar.

Qeyd edək ki, dünya çempionatını seçmə mərhələsinin “E” qrupunun oyunları mayın 30-dan iyunun 3-dək Bakıda təşkil olunacaq. Millimizin yer aldığı “E” qrupunda Hollandiya, İsrail, Ukrayna, Danimarka və Norveç mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.