İDMAN


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü karyerasını Türkiyədə davam etdirəcək

Bakı, 30 may, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova karyerasını Türkiyədə davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, hücumçumuz “Beşiktaş” klubu ilə müqaviləyə imza atıb. Son mövsümü Bakının “Telekom” klubundan keçirən 24 yaşlı M.Əzizova ölkə birinciliyi və Çempionlar Liqasındakı uğurlu oyunu ilə yadda qalıb.

“Beşiktaş”ın heyətinə qatdığı legionerlər sırasında M.Əzizova ilə yanaşı, Ukrayna millisinin hücumçusu Oleysa Rıxlyuk, rusiyalı hücumçu Olqa Biryukova və Polşa millisinin blokçusu Maja Tokarska kimi məşhur oyunçular da var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.