CƏMİYYƏT


Qadını özünü öldürmə həddinə çatdırması faktına görə cinayət işi başlanıb

Bakı, 17 may, AZƏRTAC 

Mayın 15-də 1986-cı il təvəllüdlü Şərifova Susana Şakir qızının Nəsimi rayonunda yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və cəsədə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun AZƏRTAC-a daxil olmuş birgə məlumatında bildirilir ki, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş Susana Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə.Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaq cəlb edilib.

Ə.Baxşiyevə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.