İDMAN


Qadınlar arasında üzgüçülük yarışlarında Türkiyə idmançıları ardıcıl zəfərlər əldə edirlər

Bakı, 16 may, G.Mahmudlu, AZƏRTAC

Qadınlar arasında 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında türkiyəli Zeynəb Viktoriya Günəş qızıl medalın sahibi olub.

AZƏRTAC xəbər verir ki, indoneziyalı Azzahra Permatahani ikinci, onun həmvətəni Ressa Devi isə üçüncü yeri tutublar.

200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında türkiyəli Selen Özbilən birinci, Bozkurt Gizəm ikinci pillənin sahibi olublar. İndoneziyalı Saqita Krisdevanti isə bürünc medala yiyələnib.

Təmsilçimiz Fatimə Əlkərəmova səkkiz atletin qatıldığı yarışı yeddinci başa vurub.

Türkiyəli atletlər 50 metr məsafəyə arxası üstə üzmə yarışında da qızıl medala yiyələniblər. Yekaterina Avramova çempionluğunu bayram edib. İkinci yeri də onun həmyerlisi İlayda Karqın tutub. İlk üçlüyü isə Əlcəzair təmsilçisi Amel Melih tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.