CƏMİYYƏT
Qadınlara dəstək zorakılıqla mübarizədə əsas prioritetlərdən biridir VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Qadınlara dəstək zorakılıqla mübarizədə əsas prioritetlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nın ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Vilyam Gill jurnalistlərə müsahibəsində deyib. Dünyada hər üç qadından birinin öz həyatı boyunca fiziki, yaxud seksual sui-istifadəyə məruz qaldığını deyən V.Gill qeyd edib ki, bu cür zorakılıqlar emosional travmalara, fiziki əlilliyə gətirib çıxarır, bəzi hallarda ölümlə nəticələnir: “Bu cinayət insan kapitalını, resurslarını məhdudlaşdırır. Qadınlara və qızlara qarşı zorakılıq gender bərabərsizliyinin kəskin formasıdır. Bu mənada ayrı-ayrı hökumətlər strateji tədbirlər həyata keçirərək həm fərdi, həm də struktur səviyyədə institusional işlər görməlidir. Hərtərəfli yanaşma olmalıdır, əlaqələndirilmiş formada zorakılıq qurbanlarına dəstək göstərilməlidir. Yalnız əlaqəli şəkildə idarə etməklə biz zorakılığın mənfi təsirləri ilə mübarizə apara, insanların sağlamlığını, təhlükəsizliyini təmin edə bilərik”.