İDMAN


Qadınlardan ibarət ağır atletika üzrə yığma komandamız Astarada təlim-məşq toplanışındadır

Bakı, 17 iyul, AZƏRTAC

Qadınlardan ibarət ağır atletika üzrə yığma komandamız AAAF Park Astaradakı təlim-məşq bazasında hazırlığını davam etdirir. Təqvim planına uyğun olaraq həyata keçirilən toplanışa böyük məşqçi Natalya Prişepa və onun köməkçisi Təranə Abbasova rəhbərlik edirlər.

AZƏRTAC xəbər verir ki, yığmamızın üzvləri gündə iki dəfə olmaqla intensiv hazırlıq mərhələsindədirlər. Sentyabrın 22-30-da Kosovoda keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyi, oktyabrın 15-22-də Albaniyada keçiriləcək gənclər arasında Avropa çempionatı, həmçinin digər yerli və beynəlxalq yarışlarda uğurlu çıxış etmək üçün bu təlim-məşq toplanışının əhəmiyyəti böyükdür.

Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov da eyni fikirdədir. O, atletlər üçün bütün lazımi şəraitin yaradıldığını, qidalanma, istirahət, məşq imkanlarının təmin edildiyini vurğulayıb, komandamıza inamını ifadə edib.

Qeyd edək ki, təlim-məşq toplanışının axarını mütəmadi izləyirik. Müəyyən vaxtlarda bura baş çəkib idmançıların hazırlıq səviyyəsinin şahidi olur, gedişatla bağlı məşqçilərlə söhbət edirik. Problemləri həll edir, tövsiyələrimizi verir, bir kollektiv şəklində uğura doğru irəliləyirik. Əminik ki, qızlarımız bizi bütün yarışlarda uğurla təmsil edəcəklər.

Astaradakı çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.