İDMAN


Qadınlardan ibarət futbol üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşacaq

Bakı, 21 iyul, AZƏRTAC

Qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası iyulun 26-da və 29-da “Dalğa Arena”da Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, hər iki oyunun start fiti saat 19:00-da səslənəcək.

Qarşılaşmalara hazırlıq məqsədilə Azərbaycan millisinin təlim-məşq toplanışı

başlayıb.

Toplanışda Günay İsmayılova (“Fidan”), Aytac Şərifova (“Okjetpes”, Qazaxıstan), Nigar Abdulova (“Təhsil”), Kamilla Məmmədova (“Təhsil”), Ayşən Əhmədova (“Sumqayıt”), Vüsalə Hacıyeva (“Təhsil”), Vüsalə Seyfətdinova (“Sumqayıt”), Roza Quliyeva (“Təhsil”), Aysun Əliyeva (“Samsunspor”, Türkiyə), Manə Mollayeva (“Kubanoçka, Rusiya), Cəmilə Hüseynova (“Məşəl”), Firəngiz Teymurova (“Konakbelediyyespor”, Türkiyə), Güləmbər Qasımova (“Qəbələ”), Sevinc Cəfərzadə (“Rossiyanka”, Rusiya), Kristina Bakarandze (“Okjetpes”, Qazaxıstan), Rövşanə Sərdarlı (“Fidan”), Həqiqət Qasımova (“Təhsil”), Natalya Rodelgo (“Atletiko Madrid”, İspaniya), Bozdağ Peritan (“Konakbellediyespor”, Türkiyə), Susən Mənsimzadə (“Fidan”), Jalə Məhsimova (klubsuz), Merve Özdemir (“Eintracht”, Almaniya), Nigar Mirzəliyeva (“Mingəçevir”) və Öznur Taş (“Antalyaspor”, Türkiyə) iştirak edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.