CƏMİYYƏT


Qadınların sağlamlığında maarifləndirmə işi çox vacibdir

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında reproduktiv sağlamlıqla bağlı maarifləndirmə tədbirində iştirak ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kitabxana işçilərinin qatıldığı tədbir “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının 7.1-ci bəndinə müvafiq olaraq təşkil olunub.

Tədbirdə İSİM-in əməkdaşı insan orqanizmində hormonal pozulmalar və bu sahədə görüləcək profilaktik metodlar barədə məruzə ilə çıxış edib. Eyni zamanda, “Qadının reproduktiv sisteminə hormonların təsiri” və “Qalxanabənzər vəzin qadın sağlamlığında rolu" mövzularında məruzələr dinlənilib.

Qadınların sağlamlığında maarifləndirmə işinin vacib olduğunu söyləyən məruzəcilər hamiləlik və klimaks dövründə qadının endokrin sistemində baş verən pozulmaların səbəbləri və əlamətlərindən danışıblar. Çıxışlarda vaxtında aparılan profilaktik tədbirlərinin xəstəliyin müalicəsində daha asan olduğu vurğulanıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.