Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda seminar keçirilib VİDEO

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Milli Məclisdə AŞPA-nın “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin “Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova çıxış edərək bildirib ki, Avropa Şurası Parlament Assambleyasında “Zorakılıqdan Azad Qadınlar” Parlament Şəbəkəsi fəaliyyət göstərir. Həmin şəbəkənin üzvləri AŞPA-ya üzv və müşahidəçi qismində təmsil olunan dövlətlərin həmçinin, demokratiya naminə tərəfdaşların təmsilçilərindən ibarətdir.

O qeyd edib ki, bu gün parlament şəbəkəsinin 80-dən artıq üzvü var. Şəbəkənin əsas məqsədi qadınlara qarşı zorakılıqla mübarizə aparmaq, İstanbul konvensiyasının imzalanmasına və ratifikasiyasına təkan verməkdir. Bu şəbəkə AŞPA-nın sessiyaları zamanı iclaslar və ayrı-ayrı ölkələrdə müxtəlif formatlarda tədbirlər keçirir. Növbəti tədbirin Bakıda keçirilməsinin sevindirici hal olduğunu bildirən Sahibə Qafarova seminarın ölkəmiz üçün əlamətdar bir vaxtda təşkil olunduğunu deyib.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var. Komitə sədri deyib: “Biz dəfələrlə bu mövzu ətrafında müzakirələr aparmışıq, qadınların səlahiyyətlərinin genişləndirilməsinin və gender amilinin nəzərə alınmasının, onların cəmiyyətin bərabərhüquqlu üzvü kimi bütün imkanlardan eyni şəkildə istifadəsinin yollarını axtarmışıq, bununla bağlı dünya təcrübəsini öyrənmişik. Eyni zamanda, Azərbaycanın bu sahədə əldə etdiyi müsbət təcrübələr barədə fikir mübadiləsi aparmışıq”. O qeyd edib ki, bu mövzu Azərbaycan cəmiyyəti üçün yeni deyil. Cəmiyyətimiz artıq bu istiqamətdə dövlət, parlament səviyyəsində, həm də ictimai orqanlar çərçivəsində bu məsələlərlə bağlı çoxillik təcrübəyə, müsbət nəticələrə malikdir. Əlbəttə ki, hər şeyin əsasını qanun təşkil edir. Konstitusiya qadınlara bu hüququ verir. Bununla yanaşı, Azərbaycan qadınlara qarşı zorakılığın, ayrı-seçkiliyin bütün növlərini pisləyən beynəlxalq konvensiyaların hamısına qoşulub. Həmçinin Avropa Şurasının qəbul etdiyi konvensiyanın ətrafında müzakirələr Azərbaycanda son illər xeyli genişlənib.

B.Muradova əlavə edib ki, son illər Azərbaycanda qadınların siyasi partiyalarda təmsilçiliyinin artırılması istiqamətində ciddi iş aparılıb və bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub. Məhz bunun nəticəsində yerli özünüidarəetmə və parlament seçkilərində qadınların iştirakı artıb. Yerli qurumlarda qadınların təmsilçiliyi dörd faizdən otuz faizə qədər çoxalıb. Bu, dövlətin həmin istiqamətdə apardığı siyasətin, eləcə də gərgin və fədakar işin, həmçinin bu məsələdə parlamentarilərin verdiyi töhfənin və konkret olaraq həmin kampaniyaya ayrılan önəmin nəticəsidir.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Azərbaycan qadın hüquqlarının müdafiəsi, onların hüquqlarının genişləndirilməsi və qadın zorakılığına qarşı mübarizədə xeyli iş görüb, dövlətimizin bu istiqamətdəki təcrübəsi çox qiymətlidir. Azərbaycan bu gün dünyanın cavab verə bilmədiyi sualları cavablandırmaq iqtidarındadır. Bugünkü müzakirələr də bunu bir daha sübut edir. “Nümayəndə heyəti olaraq əlimizdən gələni edirik ki, bu istiqamətdə işlər yüksək səviyyədə təşkil olunsun. Əminəm ki, bu müzakirələr həm Azərbaycan, həm də Avropa Şurasına daxil olan ölkələr üçün əhəmiyyətli olacaq. Hansı ölkədə ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün səylər göstərilir, deməli bu dövlətin gələcəyi var”, - deyə Səməd Seyidov vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünya miqyasına nəzər yetirdikdə görürük ki, Azərbaycanda zorakılıqla bağlı vəziyyət daha yaxşıdır. O qeyd edib ki, komitəni ən çox narahat edən problemlərdən biri də zorakılıqla bağlıdır. Hicran Hüseynova deyib: “Azərbaycanda zorakılıqla bağlı vəziyyətin daha yaxşı olması bizə heç də imkan vermir ki, özümüzü rahat hiss edək. Azərbaycanda problemin həlli ilə bağlı görülən işlər davamlı olmalıdır. Zorakılıqla bağlı problem bütün dünyada mövcud olan bir problemdir. Qabaqcıl, eləcə də geridə qalan cəmiyyətlərdə də bu problem var. Heç bir ailə deyə bilməz ki, bu mənim problemim deyil. Bu məsələ hər birimizə təsir edən problemdir”.

H.Hüseynova deyib ki, zorakılıqla bağlı daha çox maariflənmə və profilaktik işlər görülməlidir. Müstəqilliyimiz bərpa edildikdən sonra bu istiqamətdə Azərbaycanda işlər görülür. Azərbaycanda bu məsələ ilə bağlı çox vacib qanunlar qəbul edilib. “Gələcəyə Baxış: 2020” konsepsiyasına əsasən, “Ailə strategiyası”, “Qadınların milli fəaliyyət planı”, “Uşaq strategiyası” hazırlanacaq, ailə psixoloqu institutu formalaşacaq. Komitədə bununla bağlı sənədlər hazırlanır. Sənədlər hazır olduqdan sonra ayrı-ayrı qurumlara göndəriləcək.

Sonra seminarın “Qadınların səlahiyyətlərinin genişləndirilməsi - qadınlara qarşı zorakılığın hüquqi və iqtisadi ölçüləri” mövzusunda birinci hissəsi Milli Məclisin deputatı Məlahət İbrahimqızının moderatorluğu ilə davam etdirilib. Bu hissədə Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, komitə sədrlərinin müavinləri Rövşən Rzayev, Musa Quliyev, deputat Elman Nəsirov, Konstitusiya Məhkəməsinin hakimi, Avropa Şurasının İşgəncələrə qarşı komitəsinin üzvü Ceyhun Qaracayev, gender və məişət zorakılığı üzrə albaniyalı ekspert Monika Koçaqi “Qadınların səlahiyyətlərinin genişləndirilməsində Azərbaycan parlamentinin rolu”, “İstanbul Konvensiyası güclü hüquqi alət kimi”, “İqtisadi zorakılıq məişət zorakılığının bir növü kimi” mövzularında çıxışlar edib, problemlə əlaqədar fikirlərini bildiriblər.

Fasilədən sonra seminarın ikinci hissəsi davam etdirilib. Burada İtaliya parlamentinin Deputatlar Palatasının üzvü, AŞPA-nın bərabərlik və qeyri-diskriminasiya komitəsinin sədri Yelena Çentemero, Avstriya parlamentinin üzvü Qizela Vurm, Monako parlamentinin üzvü Beatris Fresko-Rolfo, Andorra parlamentinin üzvü Silvia Bonet, Avropa Şurasının Bosniya və Herseqovinadan olan eksperti İsmeta Dervoz müzakirə edilən məsələyə münasibət bildirib, öz ölkələrinin təcrübələrindən danışıblar.

Deputat Sahibə Qafarova tədbirə yekun vurub. Bununla da seminar öz işini başa çatdırıb.

“Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda seminar keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO